“Barselona” “Borussiya”nın müdafiəçisi Yulian Ryersonu Jül Kunde üçün mümkün əvəzləyici kimi gündəmdə saxlayır.
İdmanxeber.az xəbər verir ki, kataloniyalılar sol və ya sağ cinah müdafiəsinə büdcəyə uyğun oyunçu axtarır və 28 yaşlı norveçlinin tərəfi ilə ilkin təmaslar qurulub. Hələlik rəsmi razılaşma yoxdur.
Qeyd edək ki, Ryersonun Dortmund klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, lakin futbolçu yayda ayrılmağa açıqdır.