AZ

Gələn il Serbiyada növbədənkənar parlament seçkiləri keçiriləcək

"Serbiya Milli Assambleyasına (birpalatalı parlament) erkən seçkilər 2026-cı ilin sonlarında keçiriləcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.

"Beş-altı ay ərzində bir sıra bələdiyyələrdə seçkilər keçiriləcək və mən gələn ilin sonunda erkən parlament seçkilərinin keçirilməsini gözləyirəm", - deyə dövlət başçısı xalqa müraciətində bildirib.

Serbiya prezidenti həmçinin tərəfdarlarını parlament binasının yaxınlığındakı çadır düşərgəsini sökməyə çağıracağını qeyd edib. Lakin Vuçiç insanların onu dinləyib-dinləməyəcəklərini bilmədiyini vurğulayıb.

Zeynəb Rzayeva

Seçilən
52
2
bakivaxti.az

3Mənbələr