AZ

Ceyk Poldan özünə 750 minlik unikal hədiyyə

Videobloqer və peşəkar boksçu Ceyk Pol özünə unikal hədiyyə edib.

Publika.az xəbər verir ki, amerikalı idmançı avtomobil kolleksiyasını "Ferrari Purosangue" modelinin fərdi versiyası ilə zənginləşdirib. Bu avtomobil əfsanəvi italyan brendinin tarixində ilk krossoverdir.

Söhbət standart modeldən yox, Dubayda fəaliyyət göstərən "Venuum Black" tüninq atelyesi tərəfindən xüsusi olaraq Ceyk Pol üçün hazırlanmış eksklüziv nümunədən gedir. Avtomobil fərdi aerodinamik komplekt və onu tamamilə bənzərsiz edən bir sıra unikal modifikasiyalarla təchiz olunub.

Xüsusi diqqət avtomobilin rənginə yönəlib. "Ferrari" keramika boz çalarda boyanıb ki, bu da Polun şəxsi üslubuna tam uyğundur. Onun şəxsi təyyarəsi və digər lüks avtomobili "Mercedes-Maybach GLS" də məhz eyni rəngdədir. Kontrast yaratmaq üçün salon parlaq sarı rəngdə tərtib olunub və bu, krossoverin idman xarakterini ön plana çıxarır.

Bu unikal "Ferrari Purosangue" versiyasının dəyəri təxminən 750 min ABŞ dolları təşkil edir.

Seçilən
125
publika.az

1Mənbələr