“Neftin ortalama qiyməti bu il Azərbaycan üçün heç də pis olmadı — 69–70 dollar civarındadır. Amma son həftələrdə enmələr müşahidə olunur və gələn il üçün proqnozlar ürəkaçan deyil”.
Bunu Ajans.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, qiymətlərin daha kəskin düşmə ehtimalları var, hətta 50–55 dollar civarında olması ehtimalı da kifayət qədər yüksək dəyərləndirilir:
“Geosiyasi risklər azaldıqca, qiymətin düşmə ehtimalı da artır. Ona görə düşünürəm ki, Azərbaycan buna hazır olmalıdır. Neft qiyməti düşdükcə, Azərbaycanın makroiqtisadi göstəriciləri daha da pisləşir. ÜDM, daxil olan xarici valyutanın həcmi və s. məsələlərdə çətinliklər yaşamalı oluruq.
Neftin qiyməti neçə olur-olsun, büdcəyə birbaşa təsir etmir, dolayı təsirləri var. Qiymətlərin düşməsi Neft Fondunun büdcəsinə təsir göstərə bilər, xarici ticarət dövriyyəsinə təsir edə bilər. Son illərdə ilk dəfədir ki, bizdə xarici ticarət dövriyyəsində müsbət saldo kəskin şəkildə azalır. Əvvəllər 10 milyarda yaxın olan müsbət saldo indi 1,4 milyarda qədər düşüb, gələn il isə başa-baş gələ bilər”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta