“Fənərbağça” Arçi Braunu zədə səbəbindən itirib.
İdmanxeber.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Super Liqanın 16-cı turunda “Konyaspor”la oyunda xəsarət alıb. Sağ ayağının baş barmağında zədə aşkarlanan ingiltərəli futbolçunun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Braun mövsümün əvvəlində “Gent”dən 8 milyon avroya transfer olunub.