AZ

İnsanlar buna görə daxili turizmi seçir Ekspert

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Ölkədaxili otellərin yeni il üçün baha olmasının bir neçə səbəbi var. Bayram dövründə tələb çox olur, amma regionlarda otellərin sayı məhduddur. Bu səbəbdən qiymətlər yüksəlir”. Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.O bildirib ki, otellər əlavə xidmətlər təklif edirlər:“Məsələn, bayram menyusu, animasiya və şou proqramları paketlərin qiymətinə daxil edilir. Bu da qiyməti artırır. Digər regionlarda seçim imkanlarının az olmasıdır. İnsanlar getmək istədikləri oteli az variantla seçir, buna görə qiymətlər bahadır. Regionlarda enerji, ərzaq və digər xərclərin daha yüksəkdir. Bu da otellərin qiymətinə təsir göstərir. Otellərin üstünlükləri də var. Məsələn, ölkədaxili səyahətdə vizaya ehtiyac yoxdur və uçuş vaxtı qısa olur”. Onun sözlərinə görə, tanış mühitdə olmaq və dil problemi yaşamamaq rahatlıq verir:“Qısa müddətli istirahət istəyənlər üçün 2 gecəlik paket əlverişlidir. Eyni zamanda, otellərdə bayram proqramları, şou və xüsusi menyular mövcuddur. Bütün bunlar göstərir ki, qiymət yüksək görünə bilər, amma otellər rahatlıq, əlavə xidmət və bayram əhval-ruhiyyəsi ilə bunu kompensasiya edir. İnsanlar buna görə daxili turizmi seçir və paketlərdən faydalanırlar”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
demokrat.az

1Mənbələr