AZ

Beyləqanda FHN işçilərinin Peşə Bayramı Günü qeyd olunub - FOTOLAR

16 dekabr tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Peşə Bayramı Günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, FHN-in Beyləqan DYMH-nin rəhbərliyi və əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş nitqi ilə açaraq fövqəladə hallar orqanları əməkdaşlarının insan həyatının və əmlakın qorunmasında, fövqəladə vəziyyətlərin qarşısının alınmasında, eləcə də baş vermiş hadisələrin nəticələrinin operativ və peşəkar şəkildə aradan qaldırılmasında göstərdikləri fədakar və məsuliyyətli fəaliyyəti xüsusi qeyd edib.

Rayon rəhbəri bu sahədə dövlət tərəfindən həyata keçirilən ardıcıl islahatlara, maddi-texniki bazanın gücləndirilməsinə və kadr potensialının inkişafına diqqət çəkərək, fövqəladə hallar orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra peşə bayramı münasibətilə bir qrup Fövqəladə Hallar Nazirliyi əməkdaşı Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunub.

FHN-in Beyləqan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ramin Əliyev çıxış edərək nazirliyin fəaliyyət istiqamətləri, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Tədbirdə həmçinin Beyləqan rayon Prokuroru Elşad Əzimov, rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və rayon Təhsil sektorunun müdiri Elvin Abbasov çıxış edərək fövqəladə hallar orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onların insan həyatının və ictimai təhlükəsizliyin qorunmasında göstərdikləri fədakar xidmətləri yüksək qiymətləndiriblər. Çıxışlarda qurumlararası əməkdaşlığın əhəmiyyəti vurğulanıb, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında birgə fəaliyyətin vacibliyi qeyd olunub.

Seçilən
141
50
unikal.az

10Mənbələr