AZ

“Türk Dünyası Gələcəyin Liderləri Forumu: Təhsildən iş dünyasına” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Eskişehirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevinxatirəsinə həsr olunan “Türk Dünyası Gələcəyin Liderləri Forumu:Təhsildən iş dünyasına” adlı tədbir keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

İki gün davam edən tədbir Azərbaycan Respublikasının Diasporlaİş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan DərnəkləriFederasiyası (TADEF) və Eskişehir Azərbaycanlılar DərnəyininEsAzDer Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin birinci günündə hər iki ölkənin Dövlət Himnisəsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də türkdünyasının digər dövlət xadimlərinin və şəhidlərin əziz xatirəsibir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində EsAzDer Akademiyasının rəhbəri Dr. NurlanMaarif və TADEF-in sədr müavini Settar Kaya Ümummilli Lider HeydərƏliyevin türk dünyasının birliyi, siyasi həmrəyliyi və stratejiəməkdaşlığının möhkəmləndirilməsi istiqamətində göstərdiyi əvəzsizxidmətlərdən söhbət açıblar. Onlar Heydər Əliyevin uzaqgörəndövlətçilik siyasətinin bugün də Türk dövlətləri arasındamünasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb, onunideyalarının gələcək nəsillər üçün yol göstəricisi olduğunu qeydediblər.

Rəsmi çıxışlardan sonra tədbir panel iclası ilə davam edib.

Dosent İnci Oya Coşkunun moderatorluğu ilə keçirilən “Təhsildənbiznes dünyasına çoxşaxəli baxış” panelində qlobal karyeraimkanları, beynəlxalq iş mədəniyyəti, çoxmədəniyyətli komandalar,gənc sahibkarlıq, rəqəmsal iqtisadiyyat və innovasiya mövzularımüzakirə olunub.

Paneldə professorlar Mehmet Başar və Gökçe Yüksek, eləcə də VəliSəfərov və Dr. Asif Kurban mövzu barədə fikirlərini bölüşüblər.Tədbirin sonunda panel iştirakçılarına plaket və təşəkkürnamələrtəqdim olunub.

Forumun ikinci günündə iki seminar və “Bermuda” bilik yarışıtəşkil olunub. Eskişehir Ticarət Palatasının Baş katibinin müaviniOkan Adıyaman karyera planlaşdırılması və iş həyatında fərdiinkişaf və səlis nitq təlimi, teatr rejissoru Şeker Aybala isəictimaiyyət qarşısında görünüş, bədən dili və ünsiyyət bacarıqlarımövzularında iştirakçılara praktiki tövsiyələr verib.

“Bermuda” Bilik Yarışının nəticələrinə əsasən, I yerə“Generation Pi”, II yerə “102 Life”, III yerə “Spartak” komandasılayiq görülüb. Qalib komandalar hədiyyələrlə mükafatlandırılıb.

Bağlanış mərasimində çıxış edən Eskişehir AzərbaycanlılarDərnəyinin sədri Cavid Aydın türk dünyasını bir araya gətirən beləelmi və peşəkar platformaların əhəmiyyətini vurğulayıb. O,təşkilatçılara, məruzəçilərə, dəstək göstərən qurumlara vəiştirakçılara təşəkkürünü bildirib.

“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
Seçilən
125
3
az.trend.az

4Mənbələr