AZ

Özbəkistanın su ehtiyatları bir ildə 6,5 milyard kubmetr azalıb

BAKI, 16 dekabr. TELEQRAF

Özbəkistanın su ehtiyatları naziri Şavkat Xamrayev parlamentdə deputatlara su ehtiyatlarının idarə olunması və bu sektordakı problemlər barədə məlumat verib.

Teleqraf xəbər verir ki, nazir son illərdə su çatışmazlığının regionda aktual problemə çevrildiyini deyib.

Onun sözlərinə görə, bu il Özbəkistanda kənd təsərrüfatı sektoruna 40 milyard kubmetrdən çox su yönəldilib.

“Amma bu gün sərhədyanı su anbarları da daxil olmaqla, su ehtiyatlarımız 2024-cü illə müqayisədə 6,5 milyard kubmetr azalıb. Daxili su anbarlarında 2,7 milyard kubmetr az su toplanıb”, - Şavkat Xamrayev vurğulayıb.

O qeyd edib ki, bu problem suya qənaət edən texnologiyaların geniş tətbiqi ilə qismən həll edilə bilər. Son 5 ildə Özbəkistan sudan istifadənin səmərəliliyinin artırılmasına yönəlmiş layihələrə 60 trilyon sum büdcə vəsaiti və 622 milyon dollar xarici investisiya xərcləyib.

Müvafiq olaraq, bu il suvarılan sahələrin təxminən 60 faizində suya qənaət edən texnologiyalar tətbiq olunub. Bu işi davam etdirmək üçün 2025-2028-ci illər üçün su ehtiyatlarının idarə olunması və suvarma sektorunun inkişafı proqramı təsdiq edilib.

Seçilən
82
teleqraf.com

1Mənbələr