Bakı. Trend:
Azərbaycanın Orta Dəhlizin formalaşmasındakı rolu həqiqətən dəheyranedici imkanlar açır.
Trend xəbər verirki, bu, Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarətelçisi, Lordlar palatasının üzvü Con Alderdaysın videomüraciətindəbildirilib.
“Onilliklər boyu mövcud olan möhkəm iqtisadi əlaqələrəəsaslanaraq və onları daha da genişləndirərək, eyni zamanda təcrübəvə bilik mübadiləsi apararaq əməkdaşlığımızı strateji tərəfdaşlıqsəviyyəsinə yüksəltməyimizlə fəxr edirəm”, – deyə o qeyd edib.
Alderdeysin sözlərinə görə, Böyük Britaniyanın Azərbaycan vəMərkəzi Asiya üzrə ticarət elçisi qismində ilk dəfə Azərbaycanasəfər etməkdən böyük məmnunluq duyub. Səfər çərçivəsində o, ölkənişərqdə Xəzər dənizi sahillərindən qərbdə Naxçıvana qədər gəzib.
“Son bir neçə gün ərzində Prezident İlham Əliyev, nazirlər,müxtəlif dövlət qurumlarından olan həmkarlar, eləcə də ikitərəflimünasibətlərimizin ön cəbhəsində yer alan biznes ictimaiyyətininnümayəndələri ilə görüşmək şərəfinə nail oldum”, – deyə obildirib.
Ticarət elçisi vurğulayıb ki, keçirilən görüşlər son dərəcəməhsuldar olub və Böyük Britaniya ilə Azərbaycan arasında bir çoxəsas iqtisadi sahələr üzrə tərəfdaşlığın dərinləşdirilməsinə dairümumi marağın olmasını bir daha təsdiqləyib.
“Bu səfər mənə strateji tərəfdaşlar olaraq birlikdə nə qədərböyük nailiyyətlər əldə edə biləcəyimizi göstərdi. Mən Azərbaycanısəmimi şövqlə, Böyük Britaniya ilə Azərbaycan arasındamünasibətlərin gələcəyinə nikbin baxaraq tərk edirəm”, – deyə oəlavə edib.