Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
.Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələrinin hökumət başçıları 2026-cı ildə bəzi üzv dövlətlərə elektrik avtomobillərinin rüsumsuz idxalı barədə razılığa gəliblər.Newscenter.az TASS-a istinadən bildirir ki, qərara əsasən, Belarusa 20 min elektrik avtomobili, Ermənistana 15 min elektrik avtomobili və hibrid avtomobil, Qırğızıstana isə 15 min elektrik avtomobili və hibrid avtomobilin gömrük rüsumu olmadan idxalına icazə veriləcək.Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnyovun sözlərinə görə, bu cür gömrük güzəştləri artıq müsbət təsir göstərib."Bu tədbir elektrik avtomobilləri bazarının inkişafına, doldurma infrastrukturunun genişləndirilməsinə və ekoloji cəhətdən təmiz nəqliyyatın payının artırılmasına xidmət edəcək", - deyə o bildirib.Cavid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.