Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb. Belə ki qəsəbə sakini 1982-ci il təvəllüdlü Xalidə Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə qadın yaşadığı evdə siçan dərmanından zəhərlənib, onun hansı şəraitdə zəhərlənməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.