AZ

Dönərxanalarda vəziyyət ürəkaçan deyil: Müştərilərə isidilmiş dönər verilir

ain.az bildirir, Demokrat.az portalına istinadən.

"Azərbaycanda dönərlə bağlı problemli hallar təkrarən gündəmə gəlir. Dönərxanalarda antisanitariya, natəmizlik və keyfiyyətsiz məhsullar səbəbindən dəfələrlə zəhərlənmə halları baş verib. Qida Təhlükəsizliyi Agentliyinin nəzarət mexanizmləri işləsə də, əsas məsələ vicdanla bağlıdır. Çox hallarda sahibkarlar sadəcə cərmədən qorxur, insan sağlamlığı isə arxa plana keçir".Bunu Demokrat.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib.O, bildirib ki, köhnə, istifadə müddəti keçmiş ətlərin isidilərək satışa təqdim edilməsi həm etik, həm də hüquqi baxımdan cinayətdir:"Müştərilər bu cür hallara laqeyd qalmamalı, iradlarını bildirməli, haqq və hüquqlarını tələb etməlidirlər. Mütləq şəkildə AQTA-nın müdaxiləsini gözləməyə ehtiyac yoxdur. Əgər 1000-2000 manatlıq cərimələr nəticə vermirsə, dönərxanaların fəaliyyəti dayandırılmalı və daha sərt sanksiyalar tətbiq olunmalıdır. Antisanitar şərait, eyni alətlə bir neçə qidanın hazırlanması, ətin mənşəyi və baytarlıq sənədlərinin olmaması halları geniş yayılıb. Bu da ümumilikdə dönərxanaların ciddi şəkildə nəzarətə ehtiyac duyduğunu göstərir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
121
demokrat.az

1Mənbələr