AZ

Türkiyə Qara dənizdə bu ölkəylə savaşa girir? – AÇIQLAMA

“Təəssüf ki, Rusiya-Ukrayna müharibəsi Qara dənizdə eskalasiya istiqamətində inkişaf edir. Artıq bu müharibənin neqativ nəticələri Qara dənizdə Türkiyənin hava məkanının pozulması, eyni zamanda türk iş adamlarına məxsus yük gəmilərinin vurulmasına səbəb olub. Bu, çox xoşagəlməz haldır. Artıq elə bir səviyyəyə gəlib çatıb ki, Qara dənizdə təkcə Ukrayna və Rusiyanın liman şəhərləri bombalanmır, digər ölkələrin hava məkanı pozulur, liman şəhərləri təhlükə altına düşür”.
Bunu Ajans.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib. O bildirib ki, baş verənlərin Türkiyə və Rusiya arasında eskalasiyaya səbəb olmayacağına ümid edir:
“Çünki bu günə qədər müharibə bu iki ölkənin münasibətlərinə təsir etməyib, əksinə Türkiyənin nüfuzu, həm Rusiya, həm Qərblə normal münasibətlərinin olması Türkiyəyə daha çox vasitəçi kimi baxılmasına səbəb olub. Hazırda Türkiyə yeganə ölkədir ki, həm Ukrayna, həm Rusiya, həm də Qərb liderləri Türkiyəyə etibarlı tərəfdaş kimi baxırlar. 


Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Qara dənizdə böyük müharibəyə səbəb olardı, bu da qardaş Türkiyə üçün böyük təhdidlər yaradardı. Rusiya Türkiyəyə münasibətlərində çox həssas olmaldır. Türkiyəyə vurulan zərərə görə dərhal üzrxahlıq edilməsini doğru hesab edirəm”.

Seçilən
104
Ajans.az

1Mənbələr