Bakı. Trend:
Bu ilin ilk 9 ayı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındamüşahidə olunan dəyişkənliyə baxmayaraq, Azərbaycanın tədiyəbalansının möhkəmliyini bir daha nümayiş etdirdi. Bu dövrdə cariəməliyyatlar balansında (CƏB) 3.0 milyard dollarlıq profisitformalaşdı və bu göstəricinin ÜDM-ə nisbəti 5.4 faiz təşkil etdi.Beynəlxalq praktikada məqbul hesab olunan bu səviyyə ölkənin xaricimövqelərinin sağlam struktur üzərində qurulduğunu göstərir.
Enerji sektorunun tədiyə balansında aparıcı rolu davam edib. Xamneftin orta qiymətinin 70.1 dollar/barel səviyyəsində formalaşmasıneft-qaz ixracından daxilolmaların sabit qalmasına imkan verib.Nəticədə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansında 10.7milyard dollarlıq profisit qeydə alınıb. Bu məbləğ qeyri-neft-qazsektoru üzrə formalaşan 7.7 milyard dollarlıq kəsiri tamkompensasiya etməklə ümumi balansın müsbət qalmasına əsas töhfəverib. Paralel olaraq, qeyri-neft-qaz ixracının 6.1 faiz artaraq2.5 milyard dollara çatması iqtisadiyyatın şaxələndirilməsiistiqamətində aparılan siyasətin real nəticələrini ortayaqoyur.
Xarici ticarət göstəriciləri də müsbət dinamikanı təsdiqləyir.Hesabat dövründə xarici ticarət dövriyyəsi 30.8 milyard dollartəşkil edib və bunun nəticəsində ticarət balansında 5.6 milyarddollarlıq profisit yaranıb. Azərbaycan bu müddət ərzində dünyanın179 ölkəsi ilə ticarət əlaqələri quraraq ixrac bazarlarınıncoğrafiyasını genişləndirib. Xarici ticarətdə MDB ölkələrinin payı12.1 faiz, digər ölkələrin payı isə 87.9 faiz olub ki, bu daölkənin qlobal bazarlara inteqrasiyasının yüksək səviyyədə olduğunugöstərir.
Əmtəə ixracı ümumilikdə 18.2 milyard dollar təşkil etsə də, əsasdiqqət çəkən məqam ixrac strukturunun keyfiyyətidir. Neft-qazməhsullarının ixracı 15.7 milyard dollar olmaqla əsas payı qoruyubsaxlayıb, bunun 9.6 milyard dolları xam neftin, 5.6 milyard dollarıtəbii qazın, 0.5 milyard dolları isə neft emalı məhsullarınınpayına düşüb. Eyni zamanda qeyri-neft-qaz ixracının artımı ixracportfelinin tədricən daha balanslı hala gəldiyini göstərir. İdxalhəcminin 12.6 milyard dollara çatması daxili tələbin və iqtisadifəallığın davam etdiyini nümayiş etdirir.
Xidmətlər sektorunda xüsusilə nəqliyyat sahəsi ön plana çıxıb.Qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindənistifadəsi nəticəsində ixrac 2.6 milyard dollar, idxal isə 1.4milyard dollar təşkil edib. Bu fərq nəqliyyat xidmətləri üzrəprofisitin 1.3 milyard dollara çatmasına və əvvəlki ilin eyni dövrüilə müqayisədə 50.2 faiz artmasına səbəb olub. Turizm xidmətləriüzrə dövriyyə 2.7 milyard dollar olmaqla, ixracın 1.5 milyarddollar, idxalın isə 1.2 milyard dollar səviyyəsində formalaşmasınəticəsində 300 milyon dollarlıq müsbət saldo yaranıb.
İnvestisiya və maliyyə axınları üzrə göstəricilər də ümumimüsbət mənzərəni tamamlayır. Hesabat dövründə ölkənin xalis maliyyəaktivləri 4.5 milyard dollar artıb. Bu artımın 1.0 milyard dollarıxaricə yönəldilmiş birbaşa investisiyalar, 1.3 milyard dollarıportfel investisiyaları, 2.2 milyard dolları isə digərinvestisiyalar hesabına formalaşıb. Qeyri-neft-qaz sektoruna cəlbolunan birbaşa xarici investisiyaların həcminin 1.0 milyard dollarayaxınlaşması bu sahəyə olan etimadın yüksəldiyini göstərir.
Bütün bu göstəricilər fonunda strateji valyuta ehtiyatlarının2025-ci ilin 9 ayının sonuna 10.5 milyard dollar artaraq 81.5milyard dollara çatması Azərbaycanın iqtisadi təhlükəsizliyi üçünəsas dayaq rolunu oynayır. Ehtiyat aktivlərinin reallaşmışhissəsində 1.1 milyard dollarlıq azalma müşahidə edilsə də, ümumiehtiyatların artımı ölkənin maliyyə manevr imkanlarının daha dagenişləndiyini göstərir.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayı üzrə tədiyə balansıgöstəriciləri Azərbaycanın qlobal iqtisadi dəyişikliklərəuyğunlaşma qabiliyyətini, makroiqtisadi sabitliyini və xaricimövqelərinin möhkəmliyini aydın şəkildə nümayiş etdirir. Müsbətsaldo, artan valyuta ehtiyatları, genişlənən ixrac coğrafiyası vəgüclənən xidmətlər sektoru ölkənin qarşıdakı dövrdə də dayanıqlıinkişaf trayektoriyasını davam etdirəcəyinə dair əsaslı nikbinlikyaradır.