AZ

Əlilliyi olan uşaqlar üçün infotur təşkil edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbir müəssisənin fəaliyyəti və sakinlərin cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.

İnfotur iştirakçıları müəssisədə yaradılan şəraitlə, burada əlilliyi olan uşaqlara göstərilən xidmətlərlə, müəssisənin nəzdində fəaliyyət göstərən günərzi qayğı mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Qeyd edilib ki, müəssisədə əlilliyi olan uşaqlara sosial-psixoloji, sosial-pedaqoji, sosial-tibbi və sosial-məişət xidmətləri göstərilir. Həmçinin uşaqların fərdi bacarıqlarının inkişafı, müstəqil həyata hazırlanması və cəmiyyətə inteqrasiyası sahəsində iş aparılır. Müəssisədə hazırda əlilliyi olan 164 uşağa reabilitasiyayönümlü sosial xidmətlər göstərilir.

Seçilən
29
5
publika.az

6Mənbələr