AZ

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir

Bakı, 16 dekabr, AZƏRTAC

Ölkə rəhbərliyinin dəstəyi sayəsində Azərbaycan idmanı ildən-ilə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakı şəhərinin “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib.

O, Azərbaycanın çoxlu beynəlxalq yarışa ev sahibliyi etdiyini xatırladıb: “Bunlar arasında Formula 1, UFC və digər vacib yarışlar var. Əlbəttə, bu yolda Bakı Şəhər İcra Hakimiyyətinin də dəstəyi böyükdür. Bizi növbəti il daha maraqlı yarışlar gözləyir. Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir”.

Seçilən
136
1
azertag.az

2Mənbələr