AZ

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı AÇIQLANIB

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdətəqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəcinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davametdirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsindəhakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və CamalRamazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında(ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə,yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabınavəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəməheyətini, dövlət ittihamını müdafiə edən prokurorları,tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklənəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Trend xatırladır ki, Azərbaycan Respublikası CinayətMəcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digərmaddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı RubenVardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqıAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindəaparılmışdır.

Məqalədə:
Seçilən
34
49
az.trend.az

10Mənbələr