AZ

Françeska Albanese və Qəzzadakı həkimlər 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstəriliblər



Avropa Parlamentinin sloveniyalı üzvü Matjaz Nemec, Birləşmiş Millətlər Təşkilatının Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese və Qəzzada çalışan həkimlərin 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərildiyini açıqladı.
Nemec bu açıqlamanı ABŞ-da yerləşən X şirkətinin sosial media platforması vasitəsilə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasları zamanı Norveç Nobel Komitəsinə namizədliyin rəsmi təqdim edilməsindən sonra verib.
Namizədliyin Braziliya, Cənubi Afrika, Kanada, Avstraliya, Yeni Zelandiya və Birləşmiş Krallıq nümayəndələri də daxil olmaqla 33 ölkədən təxminən 300 rəsmi şəxs tərəfindən imzalandığını bildirdi.

Nemec, Albanesenin namizədliyinin "ən çətin şəraitdə fundamental insan dəyərlərini müdafiə edən şəxslərin cəsarətinə, səyinə və qətiyyətinə hörmət ifadəsi" olduğunu və "siyasi bölünmələri aşan sülhə töhfə" olduğunu vurğuladı.

Françeska Albanesenin beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsindəki işini vurğulayan Nemec, İsrail və ABŞ-ın sanksiyalarına, eləcə də güclü siyasi təzyiqlərə baxmayaraq işini davam etdirdiyini qeyd etdi.

aia.az
Tərcümə şöbəsi



Seçilən
119
aia.az

1Mənbələr