AZ

27 yaşlı qadın həyatını itirdi: Abort hansı hallarda həyati risk daşıyır?

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Abort kiçik cərrahi müdaxilə sayılsa da, riskləri mövcuddur. Digər cərrahi müdaxilələrdə olduğu kimi, qanaxma, infeksiya, uşaqlığın və ya nadir hallarda bağırsağın zədələnməsi kimi ağırlaşmalar yarana bilər. Bu səbəbdən uşaq sahibi olmaq istəməyən ailələrə və qadınlara arzuolunmaz hamiləliyin qarşısını əvvəlcədən almaq tövsiyə olunur".Bunu Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib. O, bildirib ki, hamilə qaldıqdan sonra abort etdirmək həm tibbi, həm də həyati baxımdan daha risklidir və bəzi hallarda ölümə qədər aparan ağır nəticələrə səbəb ola bilər:"Abort və ya hamiləliyin sonlandırılması yalnız xəstəxana şəraitində, həkim nəzarəti altında aparılmalıdır. Ev şəraitində abort etmək və ya aptekdən alınan dərmanlarla düşük yaratmağa cəhd göstərmək həm qanunla qadağandır, həm də ciddi təhlükə yaradır. Belə hallarda nəzarətsiz qanaxma və ağırlaşmalar baş verə bilər ki, vaxtında tibbi müdaxilə mümkün olmadıqda risk daha da artır. Bu səbəbdən həkim nəzarətindən kənar abort tibbi baxımdan qətiyyən tövsiyə edilmir".Qeyd edək ki, iki gün öncə Sumqayıtda 27 yaşlı qadın abort etdirdikdən sonra həyatını itirib.Əfsanə Kamal 

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
116
demokrat.az

1Mənbələr