AZ

Obama cütlüyü qətlə yetirilən rejissorun evinə getməyi planlaşdırırmış

NYT: ABŞ-nin sabiq prezidenti Barak Obama hadisədən bir gün əvvəl Reynerlərin evinə baş çəkmək niyyətində olub...

Poliqon xəbər verir ki, ABŞ-nin sabiq prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama məşhur amerikalı rejissor Rob Reyner və onun xanımı Mişellə onların qətlə yetirildiyi gün görüşməyi planlaşdırıblar. Bu barədə Mişel Obama “Jimmy Kimmel Live!” şousunda verdiyi müsahibədə danışıb, onun sözlərini “The New York Times” qəzeti yayıb.

Mişel Obama bildirib ki, həmin axşam Reynerlərlə görüş onların planlarında olub və bu, sonuncu görüş gecəsi olmalı idi. O, yaşanan faciənin onları dərindən sarsıtdığını vurğulayıb.

Qərb KİV-lərinin məlumatına görə, Rob Reyner və həyat yoldaşı Los-Ancelesdə yerləşən evlərində qətlə yetirilib. Onların cəsədləri dekabrın 14-də aşkarlanıb. İlkin məlumatlara əsasən, hər iki şəxsin bədənində ağır bıçaq xəsarətləri olub. Hadisə yerində baş vermiş yanğın səbəbindən meyitlərin tanınması çətinləşib.

Məlumatlarda bildirilir ki, qətldə əsas şübhəli kimi cütlüyün oğlu Nik Reyner göstərilir. Qeyd olunur ki, o, uzun müddət narkotik asılılığından əziyyət çəkib. Bununla belə, polis orqanları hazırda Nik Reynerin valideynlərinin qətlində iştirakı ilə bağlı rəsmi təsdiq verməyib, istintaq davam edir.

Rob Reyner ABŞ kinematoqrafiyasının tanınmış simalarından biri olub. O, 30-dan çox filmin rejissoru kimi tanınıb. Onun ən məşhur ekran işləri sırasında “Harri Sallini görəndə”, “Qutuya girməmişdən əvvəl” və “Bir neçə yaxşı oğlan” filmləri xüsusi yer tutur.

Poliqon.info

Seçilən
148
poliqon.info

1Mənbələr