AZ

Dələduz xəstə uşaqlara yardım adı ilə vətəndaşlardan 200 min manatı necə toplayıb?VİDEO

Xəstə uşaqlara yardım adı ilə vətəndaşlardan 200 min manata yaxın pul toplayıb...

Xezerxeber.az xəbər verir ki, kiberpolis sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, son dövrlərdə sosial şəbəkələrdə "körpələrə yardım", "fiziki məhdudiyyətli uşaqlara ianə", "təcili əməliyyat üçün pul lazımdır" kimi çağırışlara rast gəlinir. Amma, təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır.

Kiberpolisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
55
xezerxeber.az

1Mənbələr