AZ

Keçilməz vəziyyətdə olan Hökməli-Qobu yoluVİDEO

Görüntülər Hökməli-Qobu yolundandır. Burada yağış yağan kimi yol sudan və palçıqdan keçilməz olur.

Xezerxeber.az-ın xəbərinə görə, vətəndaşlar deyir ki, 1 ildən çoxdur yol istifadəyə yarasız vəziyyətdədir. Ərazidən nəinki piyada, heç avtomobillə də keçmək mümkün deyil.

Vətəndaşlar deyir ki, yolun bu vəziyyətdə olması ərazidən keçən nəqliyyat vasitələrini də sıradan çıxarır.

Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Bildirildi ki, qurumun əməkdaşları bu gün əraziyə baxış keçiriblər. Yoldakı problemin həll edilməsi üçün sabah bütün lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
51
3
xezerxeber.az

4Mənbələr