FİFA ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu mükafata PSJ-nin baş məşqçisi Luiz Enrike layiq görülüb.
İspaniyalı mütəxəssis bu nominasiyada Hans Diter Flik ("Barselona") və Arne Slotu ("Liverpul") qabaqlayıb.
Qeyd edək ki, Enrike ötən mövsüm PSJ ilə birgə Fransa Liqa 1, Fransa Kuboku və Super Kubokunun çempionu, həmçinin Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.
Lamin Yamal bu il dünyanın ən yaxşı gənc futbolçusu seçilib
Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı seçildi
Berke Özer “Milan”ın radarında
Brendan Rodcersin yeni klubu müəyyənləşib
Super Liqa klubunun yeni baş məşqçisi məlum olub