GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (İHAK) Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbi əsirlərinə qarşı törədilmiş edam və işgəncə hallarını qeydə alıb. Hazırda bununla bağlı araşdırmalar aparılır.
Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk məlumat verib.
“Komandamız Ukrayna Silahlı Qüvvələrinin dörd rus hərbi əsiri edam etməsi ilə bağlı faktları qeydə alıb. Həmçinin, daha üç bənzər hadisə ilə bağlı etibarlı məlumatlara sahibik. Bu məsələlərlə bağlı araşdırma aparırıq”, – deyə Türk vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.