Siyəzən Rayon İcra Hakimiyyətinə məxsus avtomobil yanıb.
NOCOMMENT.az-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı–Quba avtomobil yolunda baş verib.
Siyəzən RİH-ə məxsus 53-AC-390 dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomobil yolda hərəkətdə olarkən anidən alışaraq yanıb.
Məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.