Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov indiki hakimiyyətdən bezdiyini bəyan edib: “Məndən soruşsanız, bu rejimdən və xalqa xidmət etməkdən bezmişəm, cavab verərdim ki, yeni qüvvələr, yeni insanlar daha maraqlı olardı”, – deyə o, 2026-cı ildə yenidən seçkilərə qatılıb-qatılmayacağı ilə bağlı suala cavab verərkən deyib. Çeçenistan liderinin sözlərinə görə, “fərqli insanlar olsaydı, vəziyyət yaxşılaşardı”, – deyə Kadırov bildirib.
O, qanunsuz Vladimir Putin “təklif edərsə” və “xalq onu dəstəkləyərsə” yenidən seçkilərə qatılacağını iddia edib. Televiziya görüntülərinə əsasən, Kadırovun səhhəti çox pis görünüb.
//Samir Qurbanov, Editor.az