AZ

Elon Maskın sərvəti trilliona yaxınlaşır

Forbes-ə görə, amerikalı sahibkar Elon Mask tarixdə 600 milyard dolları keçən ilk şəxsdir.

Dekabrın əvvəlində onun raket şirkəti “SpaceX”, şirkətin avqust ayı dəyərinin ikiqatını təşkil edən 800 milyard dollar dəyərində açıq təklif elan edib. Bu, “SpaceX”in təxminən 42%-nə sahib olduğu Maskın xalis sərvətini 168 milyard dollar artıraraq 15 dekabr tarixinə 677 milyard dollara çatdırıb.

Biznesmen indi tarixdə 600 milyard dolları keçən ilk şəxsdir. “Başqa heç kimin 500 milyard dollarlıq sərvəti olmayıb… Mask dünyanın ilk trilyoneri olmaq üçün daha bir nəhəng addım atıb”, – biznes nəşri yazır. Şirkət investorlarından birinin Forbes-ə verdiyi məlumata görə, təklif “SpaceX”in 2026-cı ildə IPO planlaşdırması ilə əlaqədardır və bu, şirkətin dəyərini təxminən 1,5 trilyon dollara çatdıra bilər. Lakin nəşr hesab edir ki, IPO olmadan belə, Maskın “SpaceX”-dəki 336 milyard dollar dəyərində payı hazırda onun ən dəyərli aktividir.

Onun “Tesla” şirkətindəki 12 faizlik payı 197 milyard dollar dəyərindədir. Bundan əlavə, noyabr ayında elektrik avtomobil şirkətinin səhmdarları, əgər onun rəhbərliyi altında Tesla növbəti on ildə bazar kapitallaşmasını səkkiz dəfədən çox artırarsa, Maska əlavə səhmlərdə 1 trilyon dollara qədər qazandıra biləcək rekord bonus paketini təsdiqləyiblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr