AZ

Ukraynadan etiraf: Ərazi Rusiyanın nəzarətinə keçdi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Silahlı Qüvvələrinin bölmələri qondarmaDonetsk Xalq Respublikasında yerləşən Serebryanka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu məlumat Ukraynaya məxsus “Deep State” analitik portalı tərəfindən də təsdiqlənib.

Bildirilir ki, Serebryanka əvvəlki mərhələdə Ukrayna qüvvələri üçün əsas müdafiə xəttlərindən biri olub. Yaşayış məntəqəsinə nəzarətin itirilməsi Rusiya qüvvələri üçün Donbas bölgəsində mühüm strateji istiqamətlərdən sayılan Seversk şəhərinə çıxış imkanı yaradıb.

Qeyd olunur ki, Seversk Donbasda möhkəmləndirilmiş son əsas müdafiə nöqtələrindən biri hesab olunurdu. Dekabrın 11-də Rusiya tərəfi Seversk üzərində nəzarətin ələ keçirildiyini açıqlamışdı.

Bu addımın Slavyansk–Kramatorsk aqlomerasiyası istiqamətində mümkün əməliyyatlara hazırlıq baxımından əhəmiyyət daşıdığı bildirilir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
121
globalinfo.az

1Mənbələr