AZ

Dramaturq: Neft mövzusuna həsr olunan pyesi altı günə tamamlamışam

Bakı, 16 dekabr, Fidan Əlizadə, Azər İbrahimov, AZƏRTAC

“Neft, hakimiyyət və milyonlar səltənətində” adlı yazdığım pyes birbaşa neft mövzusu ilə əlaqəlidir. Əsərin süjeti 1916-cı ildə ekranlaşdırılan “Neft və milyonlar səltənətində” tammetrajlı bədii filminin çəkiliş prosesi üzərində qurulub.

Bunu AZƏRTAC-a açıqlamasında “Neft, hakimiyyət və milyonlar səltənətində” əsərinin müəllifi, dramaturq İsmayıl İman deyib.

Onun sözlərinə görə, pyesdə filmin ərsəyə gəlmə mərhələləri, çəkiliş prosesinin gedişi və həmin dövrün ab-havası əks olunur.

“Əsərdə, həmçinin Bakının neft tarixi, və filmin əsas obrazı Hüseyn Ərəblinski ilə bağlı məqamlar öz əksini tapıb. Pyesi qısa müddətdə, cəmi 6 gün ərzində yazıb tamamlamışam”,- deyə dramaturq əlavə edib.

Seçilən
116
1
azertag.az

2Mənbələr