AZ

Sübhan ölkəmizin boks tarixinə düşdü

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən boks üzrə dünya çempionatı başa çatıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycanın 19 yaşlı boksçusu Sübhan Məmmədov (48 kq) yarışın son günündə qızıl medal qazanıb.

Sübhan həlledici qarşılaşmada Rusiyanı təmsil edən erməni Edmond Xudayana qalib gəlib. Xatırladaq ki, Azərbaycan DÇ-də 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominges (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatını bürünc medalla başa vurub. Sübhan ölkəmizin boks tarixinə kişilər arasında ən gənc dünya çempionu kimi düşüb.

Yığma turniri komanda hesabında 4-cü pillədə başa vurub. Bir qızıl, iki bürünc hesab ilk “5-lik”dəyer almağa imkan verib. Rusiya yığması 7 qızıl, 5 gümüş və 1 bürünc medalla komanda hesabının qalibi olub. 2-ci yeri 3 qızıl, 1 gümüş və 2 bürünc medalla Qazaxıstan, 3-cü yeri 2 qızıl, 4 gümüş və 3 bürünc medalla Özbəkistan tutub.

Seçilən
113
1
football-plus.az

2Mənbələr