AZ

Rəqsanə ərindən ayrıldığını açıqladı-VİDEO

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla ayrıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ifaçı səhnə aldığı məkanda danışıb. “Sizi bilmirəm, mən sevməyə son qoymuşan. Fazillə hər şey bitib”, – deyə, o bildirib.

Qeyd edək ki, cütlüyün iki övladı var. 

Bir müddət əvvəl ev dustaqlığına buraxılan Rəqsanə ötən həftə qonaq olduğu proqramda həyat yoldaşının yanında olduğunu bildirmişdi:
“Biz ayrılmamışıq. Fazil müəllim yanımda olub, bu gün də yanımdadır. Böyük dəstəyi var. Bu qədər yükün altından tək çıxa bilmərəm, təbii ki, onun köməyi olacaq. Biz birlikdəyik, ayrılıq yoxdur, hazırda da bizi izləyir”.

Xatırladaq ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur. Qızı Aysun onun borcunun 100 min manatını ödədikdən sonra ifaçı ev dustaqlığına buraxılıb.

Seçilən
64
4
editor.az

10Mənbələr