AZ

Sürücüləri təhlükəyə salan çuxurlar - Problem nə vaxt həllini tapacaq?

Ajans.az xəbər verir ki, vətəndaşlar məsələ ilə bağlı narazılıqlarını bildiriblər. "Burada telefon xətti çəkirdilər. Buna görə hər kilometrdən bir çuxurlar qazıblar. Gün ərzində ən azı üç maşın buraya düşür", - şikayətçilərdən biri söyləyib. Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələdən məlumatlıdırlar və yolun bərpası istiqamətində aidiyyəti üzrə müraciət olunub: "Yaxın günlərdə problem həllini tapacaq". Daha ətraflı Baku TV-nin videomaterialında:

Seçilən
140
1
Ajans.az

2Mənbələr