“Mançester Siti” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın bu mövsüm aparıcı oyunçularından olan Jeremi Doku zədələnib.
Bu barədə “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola jurnalistlərə açıqlamasında məlumat verib.
İspaniyalı mütəxəssis belçikalı vingerin 2025-ci ildə meydana çıxa bilməyəcəyini bildirib.
Qeyd edək ki, 23 yaşlı Doku bu mövsüm “Siti”nin heyətində keçirdiyi 22 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Luiz Enrike ən yaxşı baş məşqçi seçilib - FİFA TƏRƏFİNDƏN
FİFA ilin futbolçusunun adını açıqlayıb - PSJ-nin ulduzu zirvədə
Yaponiyalı müdafiəçi “Ayaks”da - RƏSMİ
“Liverpul”un sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ
İslandiyalı forvard "Roma"ya təklif olunub