AZ

Neft bazarında böyük təlatüm: Qiymətlər 60 dollardan aşağı düşdü  

Son 8 ayda ilk dəfə olaraq dünya bazarında Brent markalı neftin qiyməti 60 dollar həddindən aşağı enib.

"Ölkə.az" xəbər verir ki, hazırda Londonun ICE birjasında 2026-cı ilin fevral ayı üçün Brent markalı neft üzrə füçerslər  2,6 faizə yaxın ucuzlaşmaqla 59,02 dollara ticarət olunur.  Nyu-Yorkun NYMEX əmtəə buirjasında WTI neftinin 2026-cı ilin yanvar fyuçersləri 2,5 faiz ucuzlaşmaqla 55,32 dollar təklif edilir.

Analitiklərə görə, bu azalma Ukraynada sülh danışıqlarında əldə olunan irəliləyişlə bağlıdır. Gözlənilir ki, sülh müqaviləsi imzalandıqdan sonra Rusiya nefti tam həcmdə bazara qayıdacaq. Mövcud təklif artıqlığı şəraitində bu gözləntilər qiymətləri sürətlə aşağı çəkir.

Qeyd edək ki, Azərbaycan hökuməti 2025-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiymətini 70 dollar, 2026-cı il üçün isə 65 dollar olaraq müəyyən edib. Bu ilin 9 ayında AzeriLight markalı neftin orta qiyməti 70,1 dollar təşkil edib.

Seçilən
146
1
olke.az

2Mənbələr