AZ

Rusiyada qəribə məhkəmə QƏRARI – Mayakovskinin şeirinə görə CƏRİMƏ KƏSİLDİ – FOTO

Rusiyada Mayakovskinin şeirinə görə cərimə kəsilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 100 il əvvəl yazılmış misralar orduya qarşı “diskreditasiya” hesab edilib.

Rusiyanın Yekaterinburq şəhərində Dmitri Rıkov adlı şəxs sovet şairi Vladimir Mayakovskinin şeirinə görə cərimələnib.

Məhkəmə onu Rusiya Silahlı Qüvvələrini gözdən salmaqda (diskreditasiya) təqsirli bilib və 49 min rubl (təxm. 1050 man) məbləğində cəzalandırıb.

Rıkov şəhər mərkəzində klassik şairin 1929-cu ildə yazdığı “Rədd olsun!” (“Doloy!”) şeirindən parçalar olan plakatla etiraz aksiyası keçirib.

Plakatda müharibənin “meyit qoxusu”, “dilənçi istehsal edən zavod”, “aclıq, çirk və bit-birə” mənbəyi olduğunu ifadə edən misralar yer alıb.

Məhkəmə təxminən bir əsr əvvəl yazılmış bu sözləri müasir orduya qarşı çıxış kimi qiymətləndirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
153
interpress.az

1Mənbələr