Belarus prezidenti Krımın itirilməsini Ukraynanın müdafiə etməməsi ilə izah edir…
Poliqon BelTA agentliyinə istinadla xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Newsmax kanalına verdiyi müsahibədə 2014-cü ildə Krımın Rusiyaya verilməsini Ukraynanın öz qərarı kimi qiymətləndirib. Onun sözlərinə görə, Ukrayna heç bir real müqavimət göstərməyib və ərazi uğrunda döyüşməyib.
“Bu gün Zelenski və Ukrayna hakimiyyəti deyir ki, Krım ukraynadır… Onlar deyirlər ki, müharibə başladı. Müharibə odur ki, iki tərəf silahı ilə üzbəüz vuruşur. Krımda ukraynalıların atəş açdığı bir an belə olmayıb. Rusiyalılara niyə atəş açmalıydılar ki, Krımı işğal edib, azad etdiklərini deyirlər?”, deyə Lukaşenko bildirib.
Prezidentin fikrincə, 2014-cü ilin hadisələrini təsvir edən terminologiya fəlsəfi bir məsələdir.
“Deyə bilərsən ‘anneksiya etdilər’, deyə bilərsən ‘azad etdilər’, deyə bilərsən ‘işğal etdilər’. Bu, fəlsəfi sualdır. Amma əgər bu sənin torpağındırsa, niyə müdafiə etmədin? Ukraynalılar onu sadəcə ruslara verdilər”, deyə Belarus lideri vurğulayıb.
Lukaşenko 2014-cü ildə Rusiyanın addımını “məntiqi” adlandırıb: “Onlar Krımı müdafiə etməli olanlarla razılaşdılar və beləliklə Krım faktiki olaraq ‘yaşıl adamçılar’a, siz onları o vaxt necə adlandırırdınızsa, təhvil verildi”.
Poliqon.info