AZ

Böyük Qayıdış davam edir 57 ailənin səhəri azad torpaqlarda açılacaq

ain.az bildirir, Modern.az portalına istinadən.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.

Modern.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə 17 ailə - 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə - 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 90 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə - 45 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
29
modern.az

10Mənbələr