AZ

Trampdan İslamabada təzyiq:Qəzza üçün hərbçi tələbi

Son onilliklərin ən nüfuzlu hərbi liderlərindən biri sayılan Pakistan ordusunun baş komandanı Asim Munir ciddi sınaq qarşısındadır. ABŞ administrasiyası İslamabada Qəzzada sabitləşdirmə qüvvələri üçün hərbçilər ayırmaq məqsədilə təzyiq göstərir.

Redaktor.az bu haqda "Reuters" agentliyinə istinadla məlumat verir.

Analitiklərin fikrincə, belə bir addım ölkə daxilində mənfi reaksiyaya səbəb ola bilər. Yaxın həftələrdə Asim Munirin Vaşinqtona səfəri və ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır. Bu, son altı ay ərzində onların üçüncü görüşü olacaq.

Mənbələrin bildirdiyinə görə, danışıqların əsas mövzularından biri Qəzza sektorunda mümkün sabitləşdirmə qüvvələri ilə bağlı məsələlər olacaq.

Eyni zamanda qeyd olunur ki, regionda sabitliyin təmininə yönələn bu missiyada iştirakdan imtina Donald Trampı qəzəbləndirə bilər. Bu isə Pakistan üçün mühüm amildir.  İslamabad Ağ Evin rəhbəri ilə yaxşı münasibətləri qorumaqda maraqlıdır. Bunun əsas səbəblərindən biri də ABŞ-nin təhlükəsizlik sahəsinə yönəltdiyi investisiyalardır.

Aytəkin TOFİQQIZI

Seçilən
168
1
redaktor.az

2Mənbələr