AZ

“Yeni BEMZ” ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək

3 fevral 2026-cı il tarixdə, saat 11:00-da “Yeni BEMZ” ASC-nin VÖEN: 1500345281) səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcək.

FED.az xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 3, “Yeni BEMZ” ASC-nin inzibati binası ünvanında olacaq.

İclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Yeni BEMZ” ASC-nin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;

3. “Yeni BEMZ” ASC-nin ləğv edilməsi barədə qərarın qəbul edilməsi;

4. “Yeni BEMZ” ASC-nin ləğv edilməsi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi);

5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;

6. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq.

 Əlaqə telefonu: (050) 212-95-57

Seçilən
102
fed.az

1Mənbələr