AZ

“Air Astana” təyyarəsi qəza siqnalı verərək təcili eniş etdi

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün səhər Almatıdan Astanaya müntəzəm marşrut üzrə hərəkət edən “Airbus A321N” (EI-KDG) təyyarəsini idarə edən “Air Astana” şirkətinin KS-851 reysi ilə bağlı aviasiya hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Astana vaxtı ilə saat 07:38-də təyyarə salonunda tüstü aşkar edildikdən sonra heyət təcili yardım siqnalı verib.

Təyyarə səhər saat 07:40-da Almatıya təhlükəsiz şəkildə eniş edib.

Sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.

Eniş zamanı təhlükəsizliyi təmin etmək üçün hava limanına yanğınsöndürmə və xilasetmə xidmətləri cəlb edilib.

Nəqliyyat Hadisələri və Qəzalarının Araşdırılması Departamenti hazırda hadisənin ətraflı şərtlərini müəyyən etmək üzərində işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
1
qafqazinfo.az

2Mənbələr