Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən İdris Alıyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 16 iyul 2023-cü il tarixdə Şəmkir rayonu İrmaşlı kəndində qeydə alınıb.
Həmin kənd sakini İdris Alıyev həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirib.
Hadisəyə səbəb isə guya Fikrətin “VAZ-2107” minik markalı avtomobili onun üzərinə sürməsi, eləcə də İdrisi tez-tez hədələməsini və ünvanına təhqiramiz sözlər işlətməsi olub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, İdris Alıyevin cəzası 12 ilə endirilib.
Kamal Məmmədov