AZ

Kommersiya qurumlarının sayı 8%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.667.152vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqişəxslər və digər təşkilatlar olub.

Bu barədə Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərinsayı 4,5 faiz, hüquqi şəxslərin sayı 6,9 faiz artıb.

Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayıötən ilin eyni dövrünə nisbətən 7,5 faiz artaraq 203.001 vahidtəşkil edib.

2025-ci ilin yanvar - noyabr aylarında 12.957 kommersiya qurumudövlət qeydiyyatından keçib ki, onların 88,8 faizi yerliinvestisiyalı, 11,2 faizi xarici investisiyalıdır. Kommersiyaqurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerliinvestisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatınınxüsusi çəkisi 96,4 faiz təşkil edib.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqişəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdarcəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Seçilən
34
12
az.trend.az

10Mənbələr