AZ

Nüşabə əsəbiləşdi: “Təbii ki, qarnım olacaq!”

Nüşabə Musayeva sosial şəbəkədə etdiyi paylaşımda bədən görünüşü ilə bağlı tənqidlərə sərt münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, paylaşımında kök olduğunu gizlətmədiyini və bunun onun üçün problem yaratmadığını vurğulayıb:

“Kilolu xanımam, təbii ki, sallaq qarnım olacaq. Bu normaldır və məni narahat etmir, kompleks də yaratmır, sizlərə nə olub?! Sizin evinizdəki xanımların, ana-bacılarınızın hamısı incə bellidir? O qədər əməliyyatlı bədənə alışmısınız ki… Əməliyyat da edəndə bir dərd olur. Onda da deyirsiniz, “özünü yığdırıb”. Hər kəs öz evində ana-bacısının, arvadının, qızının, dədəsinin, qardaşının, ərinin qarnıyla məşğul olsun, mən belə xoşbəxtəm!”

Əsmətxanım


Telegram kanalımız
Seçilən
86
3
yenisabah.az

4Mənbələr