AZ

Vergi ödəyicilərinin sayı 4,8% artıb - Rəsmi

Bu il dekabrın 1-nə Azərbaycanda vergi ödəyicilərinin sayı 1 milyon 667 min 152 nəfər təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur. Bu barədə . İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat yayıb. 

Vergi ödəyicilərinin 86,8%-i fiziki şəxslər, 13,2%-i isə hüquqi şəxslər və digər təşkilatlardır.

Son bir ildə fərdi sahibkarların sayı 4,5%, idarə, müəssisə və təşkilatların sayı isə 6,9% çoxalıb.

Nazirliyin məlumatına əsasən, noyabrın sonuna ölkədə qeydiyyatda olan kommersiya qurumlarının sayı 203 001 olub ki, bu da illik müqayisədə 7,5% artım deməkdir.

Cari ilin 11 ayında 12 957 kommersiya qurumu dövlət qeydiyyatından keçib, onların 88,8%-i yerli, 11,2%-i xarici investisiyalı olub. Qeydiyyata alınan kommersiya qurumlarının 85,1%-i elektron qaydada qeydiyyatdan keçirilib.

Gülnar Nazimqızı 

Seçilən
114
anews.az

1Mənbələr