İkinci Liqanın XIII turunda “Xankəndi” doğma meydanda “Ağstafa Gəncləri”ni 6:1 hesabı ilə məğlub edib. Oyundan sonra Qarabağ Təmsilşisinin təcrübəli futbolçusu Bəhruz Teymurov qarşılaşmanı dəyərləndirib.
Matçın 70-ci dəqiqəsində vurduğu qolla yekun nəticəni müəyyənləşdirən hücumçu Fanat.Az-a belə danışıb:
“Çempionluq yolunda növbəti vacib qələbəmizi qazandıq. Hesabın böyük olmasına baxmayaraq, oyun bizim üçün elə də asan keçmədi. Xüsusilə birinci hissədə rəqib hesabı 2:1-ə endirdikdən sonra müəyyən çətinliklər yaşadıq. Qonaqlar hücumlarını artıraraq hesabı bərabərləşdirməyə çalışırdılar. Lakin ard-arda vurduğumuz qollarla rəqibin müqavimətini qırdıq və oyunu nəzarətimiz altına aldıq.
İkinci Liqanın ilk yarısının başa çatmasına bir tur qalıb və məqsədimiz qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanmaqdır”.
Mirağa