AZ

Rubinyan: Ermənistan dəhliz məsələsində İranın rəsmi mövqeyini əsas götürür

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, İrəvan TRIPP marşrutu ilə bağlı mövqeyini İranın rəsmi yanaşması əsasında formalaşdırır və bu istiqamətdə hər hansı problem görmür.

Vətəninfo.az xəbər verir ki, Rubinyan brifinq zamanı qeyd edib ki, Ermənistan qonşu ölkələrin, o cümlədən İranın həyati maraqlarını nəzərə alır və xarici siyasət xəttini Tehranla koordinasiya edir. Onun sözlərinə görə, ölkə suverenliyinə və ərazi bütövlüyünə zidd olan istənilən layihə Ermənistan üçün qəbuledilməzdir.

Vitse-spiker vurğulayıb ki, İrəvan yalnız İran Xarici İşlər Nazirliyinin rəsmi mövqeyinə əsaslanır və müzakirə olunan dəhlizlə bağlı problem görmür. O, əlavə edib ki, Ermənistan İranın “qırmızı xətləri”nə hörmətlə yanaşır.

Xatırladaq ki, daha əvvəl İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti “Tramp marşrutu”nun Zəngəzur dəhlizi layihəsinə bənzədiyini bildirərək, Tehranın bu cür təşəbbüslərə qəti şəkildə qarşı olduğunu bəyan etmişdi.

Seçilən
137
veteninfo.az

1Mənbələr