AZ

Suriyada daha bir kütləvi məzarlıq tapıldı

Suriyanın şimalında yerləşən İdlib vilayətinə bağlı Maarət əl-Numan şəhərində keçmiş bir təhlükəsizlik mərkəzində kütləvi məzarlıq aşkarlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Suriya rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, İdlibin Maarət əl-Numan şəhərində yerləşən keçmiş “Dövlət Təhlükəsizlik Mərkəzi”ndə kütləvi məzarlıq ortaya çıxarılıb.

Yayımlanan bəzi fotoşəkillərdə tərk edilmiş bir bina və içərisində məzarların olduğu bildirilən çalalar əks olunub.

Suriya rəsmiləri təxminən iki həftə əvvəl Hələb ətrafında da bir kütləvi məzarlığın tapıldığını açıqlamışdı.

Bəşşar Əsəd rejiminin devrilməsindən sonra Suriyanın bir çox bölgəsində kütləvi məzarlıqlar aşkar olunmağa davam edir.

Seçilən
108
cebheinfo.az

1Mənbələr