AZ

Cənubi Kiprdə gizli görüş

İsrail Hərbi Hava Qüvvələri komandanı general-mayor Tomer Bar dünən Yunanıstan və Kipr Rum hava qüvvələrinin yüksək vəzifəli rəsmiləri ilə təcili görüş keçirib. Görüş zamanı Türkiyə ön plana çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə İsrailin "HM News" nəşri məlumat yayıb.

"Türkiyə ilə müharibəyə hazırlaşırıq?" başlıqlı xəbərdə bu görüşün adi hərbi təmaslardan açıq şəkildə fərqləndiyi vurğulanıb.

Bildirilib ki, Türkiyənin regional hərbi potensialı sürətlə artır və Şərqi Aralıq dənizində əsas aktora çevrilir: "İsrail və Türkiyə arasındakı gərginliyin xaricində, Ankaranın bölgədəki de-fakto gücü Təl-Əvivdə ciddi təhlükəsizlik problemi yaradır".

Görüşün Cənubi Kiprdə keçirilməsi İsrail mediasında “Ankaranın təsir dairəsinə ən yaxın nöqtələrdən birindən çatdırılan strateji mesaj” kimi şərh edilib.

Seçilən
126
publika.az

1Mənbələr