AZ

Yer daha tez-tez silkələnəcək: Qıtlıq, quraqlıq, müharibə

Məşhur bolqar öncəgörən Vanqa ekoloji fəlakətlər, geosiyasi problemlər və texnoloji irəliləyişlər barədə xeyli proqnoz verib.

Publika.az xəbər verir ki, ekspertlər onun bir neçə proqnozunu 2026-cı ilə də aid edirlər.

Vanqa dəfələrlə insan fəaliyyəti ilə əlaqəli mümkün ekoloji fəlakətlər barədə xəbərdarlıq edib. Onun proqnozlarına görə, 2026-cı ilə qədər bəşəriyyət qlobal istiləşmə, təbii sərvətlərin tükənməsi və fəlakətli təbii hadisələr də daxil olmaqla ciddi ekoloji problemlərlə üzləşə bilər.

Xüsusilə, o, Yer kürəsinin daha tez-tez silkələnəcəyini və bir çox sahil xəttini suyun örtəcəyini proqnozlaşdırıb. Bu, planetin əhəmiyyətli bir hissəsinə təsir edəcək mümkün zəlzələlərə, vulkan püskürmələrinə və ekstremal hava şəraitinə işarə ola bilər.

Vanqa həmçinin böyük hərbi münaqişələrə səbəb ola biləcək mümkün geosiyasi problemləri də proqnozlaşdırmışdı. Onun proqnozuna görə, aparıcı güclər arasında münaqişələrin 2026-cı ildə daha da kəskinləşməsi ehtimalı var.

Seçilən
123
publika.az

1Mənbələr